SON DƏQİQƏ
» » Balakəndə karantini pozan restoran sahibi cərimələndi

Balakəndə karantini pozan restoran sahibi cərimələndi

Tarix:

11-08-2020, 14:49

/ 4 574 dəfə oxundu.
Balakəndə karantini pozan restoran sahibi cərimələndi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində karantin rejiminin tələblərinə riayət etməyən restoran müəyyən edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Katex kəndində yerləşən "Fontan” restoranında masaların bir-birinə yaxın qoyulduğu, müştərilərin sosial məsafə gözləmədən əyləşdikləri aşkarlanıb. Tətbiq edilən qaydalara əməl etməyən obyekt sahibi Ruslan Osmanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, o, 3 min manat cərimələnib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ