SON DƏQİQƏ

Mingəçevirdə maska taxmayanlar cərimələndi

Tarix:

3-08-2020, 21:09

/ 1 258 dəfə oxundu.
Mingəçevirdə maska taxmayanlar cərimələndi

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan GunAz.az-a verilən məlumata görə, reyd zamanı şəhərdaxili marşrut avtobusları polis əməkdaşları tərəfindən saxlanılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadə etməyən şəxslərə karantin rejimi qaydaları izah olunub, onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, cərimələniblər.

Reyd mağazalarda da davam etdirilib. Burada da tibbi maskadan istifadə etməyən bəzi satıcı və müştərilər aşkar olunub. Barələrində qanunamüvafiq tədbirlər görülüb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ