SON DƏQİQƏ

Səksən maşından 20-si cərimələndi

Tarix:

2-03-2019, 13:27

/ 10 217 dəfə oxundu.
Səksən maşından 20-si cərimələndi

Şəkidə növbəti dəfə yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan GunAz.az-a verilən məlumata görə, reyd zamanı hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən , konstruksiya dəyişikliyi edilmiş avtomobillər, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanuna uyğun müvafiq tədbirlər görülüb. Reyd zamanı 80-ə yaxın avtonəqliyyat vasitəsi saxlanılıb və onlardan 20-nin sürücüsü barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Eyni zamanda həmin sürücülərlə profilaktiki söhbətlər aparılıb, yol hərəkəti qaydaları ətraflı şəkildə izah olunub, sükan arxasında daha da məsuliyyətli olmağın vacibliyi vurğulanıb. Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər