SON DƏQİQƏ
» » Qusara qeyri-qanuni yollarla gedənlər cərimələndi

Qusara qeyri-qanuni yollarla gedənlər cərimələndi

Tarix:

27-07-2020, 21:32

/ 1 272 dəfə oxundu.
Qusara qeyri-qanuni yollarla gedənlər cərimələndi

Karantin günlərində icazələri olmadan Qusar rayonuna istirahətə gələn 16 nəfər cərimələndi.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan GunAz.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla Qusar rayonuna istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.

 

Belə ki, şöbə əməkdaşları tərəfindən qaydalarını pozan ümumilikdə 16 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1–ci maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər 200 manat miqdarında cərimələniblər.

Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edənlər də olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ