SON DƏQİQƏ
» » Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq

Tarix:

27-07-2020, 10:50

/ 3 119 dəfə oxundu.
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycanda Qurban bayramı ilə əlaqədar beşgünlük iş həftəsində işləyənlər üçün avqustun 3-ü istirahət günü olacaq.

GunAz.az xəbər verir ki, 31 iyul və 1 avqust ölkədə Qurban bayramı qeyd edilir.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən, həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 avqust tarixi istirahət günü hesab olunacaq.

Beləliklə, ölkədə ardıcıl 4 gün qeyri-iş günü olacaq. Belə ki, 31 iyul Qurban bayramı, 1-2 avqust şənbə-bazar günü, 3 avqust isə Qurban bayramının istirahət gününə düşməsi ilə bağlı qeyri-iş günü hesab ediləcək.

Pandemiya dövrünə təsadüf edən bu bayram digərlərindən fərqli olacaq.

Operativ Qərargahın brifinqində açıqlama verən Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, bayramla bağlı xüsusi tədbir planı hazırlanır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ