SON DƏQİQƏ

Mayda olan qeyri-iş günləri açıqlandı

Tarix:

1-05-2020, 09:32

/ 2 117 dəfə oxundu.
Mayda olan qeyri-iş günləri açıqlandı

Beşgünlük iş həftəsində çalışanlar üçün may ayında 14 qeyri-iş günü olacaq. 

Belə ki, cari il üçün təsdiq edilmiş istehsalat təqviminə əsasən, 9 May – Faşizm üzərində Qələbə günü; 24 - 25 may – Ramazan bayramı; 28 May – Respublika Günü kimi qeyd olunur.

Təqvimdə iki bayram günü istirahət gününə təsadüf etdiyindən qeyri-iş günlərinin vaxtı dəyişdirilir. Belə ki, 9 May şənbə günü olduğundan, beşgünlük iş həftəsində çalışanlar üçün 11 may tarixi qeyri-iş günüdür. Bundan başqa, 24 may tarixi də həftənin bazar gününə təsadüf edir. Bu səbəbdən həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 26 may tarixi iş günü deyil.

Beləliklə, gələn ay istirahət günləri də daxil olmaqla beşgünlük iş həftəsində çalışanlar üçün 14, altıgünlük iş həftəsində çalışanlar üçün isə 9 qeyri-iş günü var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ