SON DƏQİQƏ

Azərbaycanda 5 gün iş olmayacaq

Tarix:

4-05-2017, 19:11

/ 3 737 dəfə oxundu.
Azərbaycanda 5 gün iş olmayacaq

İyun ayının qeyri-iş günləri açıqlanıb.
Bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü eyni günə təsadüf etdiyindən əlavə qeyri-iş günü olacaq.
Nazirlər Kabinetindən bildirilib ki, 26 iyun - Silahlı Qüvvələr Günü, 26-27 iyun Ramazan bayramı günü münasibətilə qeyri-iş günüdür. İki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür.
Beləliklə, hər iki bayram münasibətilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü elan olunur.
İyunun 15-i - Qurtuluş Günü də qeyr-iş günüdür.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ