SON DƏQİQƏ
» » Karantin rejimi sərtləşə, cərimələr artırıla bilər - TƏBİB

Karantin rejimi sərtləşə, cərimələr artırıla bilər - TƏBİB

Tarix:

18-06-2020, 23:16

/ 1 270 dəfə oxundu.
Karantin rejimi sərtləşə, cərimələr artırıla bilər - TƏBİB

Vəziyyət arzuolunmaz səviyyədə davam edərsə, karantin rejiminin daha da sərtləşdirilməsi və cərimələrin artırılması müzakirə oluna bilər.

GunAz.az xəbər verir ki, bunu Teleqraf.com-un sualına cavab olaraq TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, Türkiyə, İsrail, Avropa ölkələrində cərimələrin miqdarı 1000 dollara qədər artırılıb:

"Hətta Hindistanda polis vətəndaşa dəyənəklə müdaxilə edir. Amma düşünmürəm ki, Azərbaycanda buna ehtiyac olsun. Yadınızdadırsa, mən demişdim ki, hər kəs ətrafında virusa yoluxmuş insan görəcək. Bu sözümü fərqli istiqamətə çəkənlər, qarğış kimi qəbul edənlər olmuşdu. Bu sözü deməkdə məqsədimiz o idi ki, insanlar karantin rejiminə əməl etsinlər".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ