SON DƏQİQƏ

Karantin rejimi sərtləşməyəcək- TƏBİB

Tarix:

9-05-2020, 19:49

/ 1 844 dəfə oxundu.
Karantin rejimi sərtləşməyəcək- TƏBİB

Karantin rejiminin yenidən sərtləşdirilməsinə ehtiyac yoxdur”.

Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı bildirib ki, karantin rejiminin yumşaldılmasından sonra ikinci dalğanın gələcəyi gözlənilən idi.

"Mövcud statistika qaydaların yenidən sərtləşdirilməsinə ehtiyac yaratmır. Lakin yenə də vətəndaşlarımız məsuliyyətli olmalı, öz sağlamlığını qorumalıdır”, - TƏBİB sədri bildirib.

R.Bayramlı onu da bildirib ki, önümüzdəki günlərdə 65 yaşdan yuxarı vətəndaşlarımızla bağlı karantin qaydalarının yumşaldılması mümkündür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ