SON DƏQİQƏ
» » Karantin müddətinin uzadılması ilə bağlı rəsmi məlumat

Karantin müddətinin uzadılması ilə bağlı rəsmi məlumat

Tarix:

15-04-2020, 17:55

/ 2 228 dəfə oxundu.
Karantin müddətinin uzadılması ilə bağlı rəsmi məlumat

Vətəndaşlara müraciət edirik ki, karantin rejimi qaydalarına əməl etsinlər. Əks epidemik naliyyətin davam etməsi baxımından bu vacibdir.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib: "Əks halda, pik yoluxma halları baş verə bilər. Karantin rejimi tətbiq olmasaydı, biz acınacaqlı mənzərənin şahidi ola bilərdik. Xəstələrin sürətlə artması xəstəxanalarda yer olmamasına səbəb ola bilər. Biz inkişaf etmiş ölkələrdə bu hallarla rastlaşdıq".
O qeyd edib ki, epidemoloji problemə görə yoluxma arta bilər, bütün tədbirlər görülməlidir: "Düşmənin bizə bir nəfəs qədər yaxın olduğunu qarşıdakı bir il ərzində unutmamalıyıq. Karantin müddətinin uzadılması üçün Operativ qərərgaha müraciət hazırlayırıq. Karantin rejimindən çıxma qaydaları da bu müraciətdə yer alacaq. Karantin rejimindən çıxdıqdan sonra belə xəstəliyin inkişafı təhlillərdən sonra üzə çıxacaq. Tədbirlərin yenidən sərtləşdirmə ehtimalını unutmamalıyıq. Təkrar sərt karantin rejiminə keçməmək üçün bu qaydalara əməl etməliyik. Yaxın bir il ərzində həyat tərzinizi dəyişmək vacibdir".
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədiv bildirib ki, aprelin 20-dən sonra karantin rejiminin uzadılması ilə bağlı yeni qaydalar hazırlanır: "Buna ehtiyac olduğunu biz görürük. Karantin rejiminin tədricən sonlandırılması növbəti uzadılmadan sonra bilinəcək. Qaydalar növbəti günlərdə bütün ictimaiyyətə açıqlanacaq".
İbrahim Məmmədov əlavə edib ki, karantin rejiminin bitməsi subyektiv iradədən asılı deyil: "Hər kəs istəyir ki, iqtisadi aktivlik artsın. Həkimlərimizin fədakarlığı, vaxtında müdaxilə nəticəsində bu gün sabitləşdirmə mümkün oldu. Bizə çağırışlar var idi ki, biz ciddi yanaşmayaq. Biz başqa ölkələrin qarşılaşdığı faciə ilə qarşılaşmırıq. Biz virusa qalib gəlməmişik. Mübarizə gedir, bu, bizi ruhlandırmalıdır ki, bir az da səbr göstərək".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ