SON DƏQİQƏ
» » Dövlətin bu qədər vaxt çəkdiyi zəhmət - Poçt idarəsinin məsuliyyətsizliyi!

Dövlətin bu qədər vaxt çəkdiyi zəhmət - Poçt idarəsinin məsuliyyətsizliyi!

Tarix:

15-04-2020, 15:46

/ 1 897 dəfə oxundu.
Dövlətin bu qədər vaxt çəkdiyi zəhmət - Poçt idarəsinin məsuliyyətsizliyi!

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda karantin rejimi elan edilsə də, Sabunçu rayon mərkəzi poçtu karantin rejiminin qaydalarını kobud şəkildə pozub.
Sözügedən poçt idarəsində 190 manat dəyərində birdəfəlik yardımı insanlara karantin qaydalarına tam zidd şəkildə ödəyiblər.
Vətəndaşlar arasında 1,5 metrlik ara məsafəsi gözlənilməyib, onların əllərini dezinfeksiya edəcək məhlullarla poçt idarəsi təmin edilməyib.
Dövlətimiz tərəfindən hələ koronavirusa ilk yoluxma faktı qeydə alınandan, bu günə kimi mükəmməl idarə edilən bir proses gördük. Çox şükür ki, pandemiyadan əziyyət çəkən digər ölkələrlə nisbətdə bizdə ölüm və yoluxma halı çox aşağıdır. Lakin poçt idarələrində bu halların yaşanması bu prosesi təhlükəyə ata, insanları daha çox yoluxdura bilər!
Ümid edirik ki, aidiyyatı qurumlar məsələ ilə bağlı dərhal tədbir görəcəklər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ