SON DƏQİQƏ
» » Karantin rejimi bu vaxta kimi davam edəcək- Ramin Bayramlı

Karantin rejimi bu vaxta kimi davam edəcək- Ramin Bayramlı

Tarix:

15-05-2020, 18:50

/ 2 092 dəfə oxundu.
Karantin rejimi bu vaxta kimi davam edəcək- Ramin Bayramlı

Beynəlxalq təcrübə göstərir ki, bütün dünya ölkələri vətəndaşları bu virusla birgə yaşamağa çağırır.

Bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Virus aramızda qalmağa davam edəcəkdir. Yaxın bir il ərzində vaksinin əldə olunması gözlənilmir. Antivirus dərmanı da olmadığı üçün biz qaydalar çərçivəsində yaşamağa alışmalıyıq", - R.Bayramlı bildirib.

O əlavə edib ki, bu ilin sonunadək ölkədə karantin rejimi davam edəcək:

"Ola bilsin ki, xüsusi karantin rejimindən yumşaltmalarla tədricən çıxdıq. Ancaq ümumi karantin rejimi ilin sonunadək davam edəcək. Bizim tibbi imkanlarımız xəstələrin vaxtında aşkar olunub, müalicə edilməsi üçün adekvatdır. Lakin gedişat vətəndaşların sosial məsuliyyətindən asılıdır. Tibbi maska və sosial məsafə ilə ən azı il sonunadək yaşayacağıq. Xüsusilə 65 yaşdan yuxarı vətəndaşlarımızdan bu qaydalara riayət etmələrini xahiş edirik".

İbrahim Məmmədov əlavə edib ki, karantin rejimi qaydalarına riayət etmək məcburidir və maskadan istifadə edilməməsinə görə inzibati məsuliyyətin tətbiq olunması mümkündür

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ