SON DƏQİQƏ
» » Nazir xəstədir, işə çıxmır? - Rəsmi açıqlama

Nazir xəstədir, işə çıxmır? - Rəsmi açıqlama

Tarix:

19-05-2020, 12:19

/ 2 382 dəfə oxundu.
Nazir xəstədir, işə çıxmır? - Rəsmi açıqlama

Bir neçə gündür sosial şəbəkələrdə Mədəniyyət naziri Əbülfəz Qarayevin işə çıxmaması, səhhətində problem yaranması ilə bağlı məlumatlar yayılıb.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov açıqlamasında yayılan məlumatları təkzib edib.

İntiqam Hümbətov əlavə edib ki, nazir hazırda iş başındadır.

Xatırladaq ki, Mədəniyyət nazirinin müavini Rafiq Yasin oğlu bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir İmran oğlu Sultanov DTX-nin əməliyyatı nəticəsində həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə məsuliyyətə cəlb ediliblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ