SON DƏQİQƏ
» » Sürücülərin nəzərinə- Bu yollarda diqqətli olun

Sürücülərin nəzərinə- Bu yollarda diqqətli olun

Tarix:

12-05-2020, 11:31

/ 1 811 dəfə oxundu.
Sürücülərin nəzərinə- Bu yollarda diqqətli olun

Bakının bir sıra yollarında rəngləmə işi aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saatlarından Mikayıl Müşfiq küçəsində (Qurd qapısı-Bakı Dairəvi-1 avtomobil yolu), Bakı Dairəvi - 1 avtomobil yolunda, Moskva və Tbilisi prospektlərində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

İşlər axşam saatlarınadək davam edəcək.

Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

скачать dle 12.1

Şərhlər