SON DƏQİQƏ
» » Xalqın xidmətçisi olmaq əvəzinə onun cəlladına çevrilən bəzi məmurlar - Siyasi analiz

Xalqın xidmətçisi olmaq əvəzinə onun cəlladına çevrilən bəzi məmurlar - Siyasi analiz

Tarix:

20-12-2019, 15:00

/ 754 dəfə oxundu.
Xalqın xidmətçisi olmaq əvəzinə onun cəlladına çevrilən bəzi məmurlar - Siyasi analiz

Əslində Cənab Prezident xəbərdarlığını çoxdan etmişdi. Onlara göstərilən yüksək etimadı doğrultmalarını,  xalqın xidmətçisi olmalarını, vəzifə səlahiyyətlərindən sui - istifadə etməmələrini keçirdiyi görüşlərdə, toplantı və müşavirələrdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə dəfələrlə bəyan etmiş, əks təqdirdə belə məmurlara qarşı ciddi cəza tədbirlərinin görüləcəyini açıq şəkildə ifadə etmişdi. Cənab Prezidentin bu mesajını ciddiyə alıb ondan nəticə çıxaran, fəaliyyətində müsbətə doğru dönüş yaradan da oldu, bunun əksinə gedən də. Müxtəlif vəzifələrdə çalışan qohum-əqrəbalarına,  dost-tanışlarına arxalanaraq öz çirkin əməllərini, Cənab Prezidentin fəaliyyətinə ləkə gətirən hərəkətlərini davam etdirən bu kimi məmurlar unudurdular ki, günün birində sərt cəza tədbirləri ilə üzləşəcəklər.  Necə ki, nəvəsinin şıltaqlıqlarına, onun qatilə çevrilməsinə göz yumulmadı və şıltaq nəvənin babası ona göstərilən etimadı itirdi, həmçinin oğlunun avtoxuliqanlığı və ictimai asayişi pozmasına görə ata öz işindən oldu,  yaxud yerlərdə dövlət başçısının tapşırıq və tövsiyələrinə zidd olaraq xalqın xidmətçisi deyil, sanki cəlladına çevrilən bir sıra icra hakimiyyətləri başçıları öz postlarını itirdilər,  eləcə də bu gün eyni taleyi yaşayan xırda məmurlar  bunu bilməli idilər ki, vəzifə səlahiyyətlərindən sui-istifadənin, quldurluq və xuliqanlığın sonu yoxdur. Ən əsası dövlətdə hər şey nəzarətdədir. Kiminsə 1 manat haqqını yeyir, onu mənimsəyirsənsə  dövlət, ən əsası Cənab Prezident o haqqı tanımayacaq. Çünki dövlət başçısı üçün ən vacib olanı xalqdır, onun maraqlarının qorunması,  hüquqlarının tapdalanmamasıdır.  Yəni, bu dövlət, dövlət başçısı üçün bir qırmızı cizgidir. Çalışıb həmin cizgini keçməyəsən.

Yuxarıda da qeyd etdiyimiz kimi ancaq bəzi yerli məmurlar nəinki həmin qırmızı cizgiyə yaxınlaşmağa cürət etdilər, hətta o cizgini keçməkdən belə çəkinmədilər. Necə ki, ötən gün saxlanılan Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavinlərinin timsalında bunu aydın şəkildə gördük. Xəbərlərdən də məlum olduğu kimi ötən gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun iki müavini korrupsiya və rüşvətxorluq əməllərinə yol verdiyinə görə, saxlanılaraq Bakıya gətirilib. Dövlət Təhlükəsizlik Xidmətində saxlanılan İcra Hakimiyyəti rəsmilərinin digər cinayət əməllərinin də araşdırıldığı bildirilir. Bu arada yayılan digər məlumatlarda digər rayonlarda da anoloji araşdırmaların aparıldığı, hətta bəzi sabiq icra hakimiyyəti başçıları üçün də yaxın günlərdə saxlanma qərarının veriləcəyi qeyd olunur. Hansı ki, həmin məmurların da vəzifədə olduğu müddətdə  vəzifə səlahiyyətlərindən sui - istifadə edərək külli miqdarda dövlət vəsaiti mənimsədiyi ehtimal olunur.

İstər həyata keçirilən son həbslər, istərsə də bundan əvvəl bəzi məmurlara qarşı tətbiq edilən cəza tədbirləri onu deməyə əsas verir ki, cəmiyyətdəki yeri və rolu, tutduğu vəzifədən asılı olmayaraq heç kim toxunulmaz deyil və öz işinin öhdəsindən gələ bilməyən, xalqa deyil, öz şəxsi maraqlarına xidmət edən istənilən şəxs dövlətin sərt cəza tədbiri ilə üzləşəcək. Çünki bu kimi məmurların cəzalandırılması bir növ ictimai sifarişdir, yerlərdən mərkəzə ünvanlanan etirazın nəticəsidir. Bu sifarişi, etirazı nəzərə alan dövlət, dövlət rəhbərliyi də haqlı olaraq öz cəza mexanizmini işə salır. Istər Ağstafa olayları, istərsə də bundan əvvəl baş verən anoloji neqativ hallar və həmin neqativ hallardan bir çoxlarının  nəticə çıxarmayıb öz çirkin əməllərini hələ də davam etdirməsi onu deməyə əsas verir ki, bu kimi hallar təkrarlanacağı təqdirdə belə həbslər, cəza tədbirləri də davam edəcək. Elə Cənab Prezident də bunu açıq şəkildə ifadə edib: "Son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək".

* * *

Həm dövlət başçısının verdiyi mesajlar, həm də atılan sərt addımlar cəmiyyət tərəfindən birmənalı olaraq dəstək görür. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyir ki, dövlət başçısı İlham Əliyevin 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədə bütün sahələrdə tam şəffaflığın olmasının vacibliyi barədə söylədiyi sözlər və eləcə də Ağstafanın icra başçısının həbs edilməsi faktı əslində hər bir icra başçısı, hər bir məmur üçün həm dərs, həm də "yol xəritəsi" olmalıdır. Onun sözlərinə görə, Prezident bu gün bir daha öz çıxışında hər bir başçının yerlərdə necə işləməli olduğunun "yol xəritəsi"ni göstərdi, izah etdi: "Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq".

Partiya sədri hesab edir ki, Prezidentin bu fikirlərinin əlavə şərhə ehtiyacı yoxdur: "Xalqın və Prezidentin etimadını doğrultmayan, dövləti aldatmağa cəhd göstərən, vətəndaşlara xidmət etməkdən yayınan hər bir icra başçısı bu xəbərdarlıqdan özüyçün nəticə çıxarmalıdır. Dərk etmək lazımdır ki, artıq zaman dəyişir, Azərbaycan yenilənir. İlham Əliyev Azərbaycanın yeni simasını məhz yeni fikirli, şəffaflığa meylli məmurlarla formalaşdırmaq istəyir".

GunAz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ