SON DƏQİQƏ
» » Azərbaycan prezidenti Paşinyana və ermənipərəst qüvvələrə layiqli cavab verdi - Şərh

Azərbaycan prezidenti Paşinyana və ermənipərəst qüvvələrə layiqli cavab verdi - Şərh

Tarix:

4-10-2019, 15:58

/ 1 872 dəfə oxundu.
Azərbaycan prezidenti Paşinyana və ermənipərəst qüvvələrə layiqli cavab verdi - Şərh

"Cənab prezidentin Soçi səfəri zamanı çıxışı hər bir Azərbaycan vətəndaşı kimi məni də qürurlandırdı. Prezidentin "Qarabağ Azərbaycandır və nida" deməsi həm Paşinyan və erməni xalqına, həm də Kremldəki bəzi ermənipərəst qüvvələrə yetərli xəbərdarlıq oldu".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

"Cənab prezident bütün Azərbaycan xalqının timsalında öz sözünü çatdırdı. Dağlıq Qarabağ problemi gec-tez öz həllini ədalətli şəkildə tapacaq. Azərbaycan prezidentinin çıxışından sonra artıq hər kəs buna əmin ola bilər. Azərbaycan öz taleyinin öz xalqının və prezidentinin əllərində olduğunu Soçidən bütün dünyaya çatdırdı", - deyə ekspert qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ