SON DƏQİQƏ
» » Yevda Abramovun oğlu: “Atamın vəfatı barədə məlumatlar yalandır”

Yevda Abramovun oğlu: “Atamın vəfatı barədə məlumatlar yalandır”

Tarix:

3-12-2019, 23:33

/ 1 323 dəfə oxundu.
Yevda Abramovun oğlu: “Atamın vəfatı barədə məlumatlar yalandır”

Oğlu Sasson Abramov Mərkəzi Klinik Xəstəxanada müalicə alan atası, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədrinin müavini Yevda Abramovun vəfat etməsi barədə xəbərləri təkzib edib.

GunAz.az-ın xəbərinə görə, o, APA-ya bildirib ki, atası hazırda xəstəxananın reanimasiya şöbəsindədir, müalicəsi davam etdirilir: “Vəziyyəti bir qədər gərginləşmişdi, hazırda reanimasiyadadır. Allaha şükür, vəziyyəti yavaş-yavaş stabilləşir”.

Mərkəzi Klinik Xəstəxanadan da APA-ya bildirilib ki, Y.Abramovun vəfat etməsi barədə məlumatlar əsassızdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ