SON DƏQİQƏ
» » Şəkidə xəsarət alanların son vəziyyəti - Nazirlik

Şəkidə xəsarət alanların son vəziyyəti - Nazirlik

Tarix:

16-07-2019, 13:29

/ 1 994 dəfə oxundu.
Şəkidə xəsarət alanların son vəziyyəti - Nazirlik

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların son durumunu açıqlayıb.

Nazirlikdən GunAz.az-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

“1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırlıqdadır”, - nazirlikdən bildirilib.

Xatırladaq ki, bir neçə gün öncə Şəki Xan Sarayının qarşısında Xan Çinarın budağının qırılması nəticəsində 19 nəfər nəfər xəsarət almışdı. Onlardan biri ötən gecə Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ