SON DƏQİQƏ
» » Şəkidə xəsarət alanların son vəziyyəti – Nazirlik

Şəkidə xəsarət alanların son vəziyyəti – Nazirlik

Tarix:

15-07-2019, 10:42

/ 1 984 dəfə oxundu.
Şəkidə xəsarət alanların son vəziyyəti – Nazirlik

Ötən gün Şəki Xan Sarayının qarşısında Xan Çinarın budağının qırılması nəticəsində xəsarət alanların vəziyyəti stabildir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, Şəki Mərkəzi Xəstəxanasında müalicə alan Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağır, digər yaralı Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağırdır.

1 saylı Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdur.

скачать dle 12.1

Şərhlər