SON DƏQİQƏ
» » Deputat təcili İsrailə aparıldı -səhhətində ciddi problem yaranıb

Deputat təcili İsrailə aparıldı -səhhətində ciddi problem yaranıb

Tarix:

20-12-2017, 16:56

/ 1 069 dəfə oxundu.
Deputat təcili İsrailə aparıldı -səhhətində ciddi problem yaranıb

Xəbər verdiyimiz kimi, 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş, milliyətcə yəhudi olan Yevda Abramovun səhhətində ciddi problem yaranıb. Millət vəkili dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək cərrahi əməliyyat olunub.

Gunaz.az Unikal.org-a istinadən xəbər verir ki, bir neçə gün bundan əvvəl yenidən səhhətində problem yaranan Yevda Abramov dövlət hesabına təcili İsraildəki xəstəxanalardan birinə yerləşdirilib. Deputat orada növbəti dəfə əməliyyat olunub və müalicə alacaq. 

Millət vəkilinin həmkarı Vahid Əhmədov Yevda Abramovun səhhəti ilə açıqlamasında bildirib ki, hazırda onun sağlamlıq durumu normaldır: "Bu gün özü ilə danışmışam. Hər şey yaxşıdır. Qızları da İsraildə yaşayır. Ümumilikdə sağlamlıq durumu normallaşıb”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ