SON DƏQİQƏ
» » Saxta kərə yağını necə fərqləndirək? - Əritdikdə köpüklənirsə...

Saxta kərə yağını necə fərqləndirək? - Əritdikdə köpüklənirsə...

Tarix:

25-09-2019, 18:30

/ 1 912 dəfə oxundu.
Saxta kərə yağını necə fərqləndirək? - Əritdikdə köpüklənirsə...

Kərə yağı Azərbaycan mətbəxində ən çox istifadə edilən ərzaqlardan biridir.
Ölkəmizdə hələ lap qədimlərdən kərə yağı hazırlanır və istifadə edilir.

Müasir dietoloqlar təbii kərə yağının insan orqanizmi üçün çox faydalı olduğunu bildirirlər. Biz sözlə bu faydalardan yararlanmaq üçün istifadə edilən kərə yağının təbii və keyfiyyətli olması vacibdir.

Bəs təbii kərə yağını saxtadan necə fərqləndirəbilərik?

GunAz.az bu işin sirlərini təqdim edir:
Qatılığı necə olmalıdır?
Kərə yağının təbii olub-olmadığını anlamağın ənyaxşı üsulu onun qatılığını bilməkdir.

Otaq temperaturunda əriyən və sürtülə bilən kərə yağının təbiiolduğu hesab edilir.

Bundan əlavə tavada od üzərində əridilən kərəyağı köpüklənərsə, bu da onun təbii olmasından xəbər verir.

Görünüşü necə olmalıdır?
"Təbii kərə yağı tünd sarı rəngli olmalıdır" fikri yanlışdır.Marketdə satılan və tünd sarı rəngi ilə diqqət çəkən kərə yağının tərkibində qatqı maddələri ola bilər. Buna görədə, marketdən yağ alarkən çalışın ki, rənginə fikir verəsiniz.Qoxusu necə olmalıdır?Keyfiyyətli kərə yağının hətta bağlamada olsa belə qoxusu hiss edilməlidir. Əgər paketi iylədikdə heç bir qoxu hiss etmirsinizsə, o zaman bu yağ saxta ola bilər. Təbii kərə yağının qoxusu isə əksinə olaraq paketdən kənara çıxacaqdır. Bundan əlavə bişirilərkən yayılan iştah açıcı qoxu da kərə yağının təbii olmasından xəbər verir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ