SON DƏQİQƏ
» » Yağ yemək sizin üçün faydalıdır yoxsa zərərli?

Yağ yemək sizin üçün faydalıdır yoxsa zərərli?

Tarix:

2-04-2019, 08:34

/ 10 445 dəfə oxundu.
Yağ yemək sizin üçün faydalıdır yoxsa zərərli?

Sağlam qidalanmaq istəyənlərin bir çoxu yağın faydalı yoxsa zərərli olduğunu bilmək istəyirlər. Bu sualın cavabı isə, hələ indiyədək tam şəkildə açıqlanmamışdır.

Bunun ən əsas səbəbi isə, kərə yağının tərkibində olan faydalı və zərərli maddələrin eyni miqdarda olmasıdır. Bu səbəbdən də, illərdir ki, mübahisə mövzusu olan kərə yağı nə çox rahatlıqla istifadə olunur, nə də ki, həddindən artıq qəbul edilir.

16-20-ci əsrlər arası hər kəs tərəfindən qəbul edilən kərə yağı son illərdə o qədər də rəğbətlə qarşılanmır. 1911-ci ildə hər bir insan ən azı 23.6 qram kərə yağı qəbul edirdisə, indi həmin rəqəm 6.2 qramdan azdır. 100 il ərzində kərə yağının istifadəsinin bu qədər azaldılması həqiqətən də, çox qəribədir.

Kərə yağının tərkibində olan doymuş yağlar insanda bir çox problemlərə gətirib çıxarır. Həmin problemlərin başında isə, ürək-damar xəstəliklərinin yaranma riski durur. Lakin bu problemlərdən əlavə, kərə yağının faydaları olduqca çoxdur. Onun tərkibində olan bəzi maddələr immun sistemini və qaraciyəri qoruyur. Həmçinin, beyinə lazım olan xüsusi yağlar da məhz kərə yağının tərkibində tapılır.

скачать dle 12.1

Şərhlər