SON DƏQİQƏ
» » Özünü icra hakimiyyətinin rəsmisi kimi təqdim etdi, prokuror cəza istədi

Özünü icra hakimiyyətinin rəsmisi kimi təqdim etdi, prokuror cəza istədi

Tarix:

3-09-2019, 15:45

/ 1 313 dəfə oxundu.
Özünü icra hakimiyyətinin rəsmisi kimi təqdim etdi, prokuror cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Teyyub Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

GunAz.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib.

O, T.Quliyevin cinayət əməlinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib. 

Prokuror təqsirləndirilən şəxsin səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Proses sentyabrın 9-da davam etdiriləcək. 

Qeyd edək ki, T.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. 

Məlumata görə, o, özünü Şirvan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi kimi təqdim edərək, müxtəlif şəxslərlə rəsmi sənədlərin hazırlanması xidmətini göstərirmiş.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ