SON DƏQİQƏ
» » Fərman Kərimzadənin oğlunun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

Fərman Kərimzadənin oğlunun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

Tarix:

5-04-2017, 13:40

/ 4 010 dəfə oxundu.
Fərman Kərimzadənin oğlunun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 
 Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.  Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. 
Proses aprelin 12-də davam etdiriləcək. 
İttihama əsasən, Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.
3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ