SON DƏQİQƏ
» » İşdən çıxarılan icra başçısının qohumu jurnalistlərə etiraz etdi

İşdən çıxarılan icra başçısının qohumu jurnalistlərə etiraz etdi

Tarix:

20-12-2018, 18:09

/ 10 296 dəfə oxundu.
İşdən çıxarılan icra başçısının qohumu jurnalistlərə etiraz etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

GunAz.az-ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəmə zalında əyləşən jurnalistlərə etiraz edib. 

Vəkil jurnalistlərin məhkəmə zalından çıxarılmasını istəyib. Bunun hüquqlarını müdafiə etdiyi şəxsin istəyi olduğunu deyib. Hakim isə deyib ki, açıq məhkəmə iclasında hər kəs iştirak edə bilər. Sonra prokuror ittiham aktını elan edib. 

Elan olunmuş ittiham üzrə X.Məmmədov özünü təqsirli bilmədiyini söyləyib. Məhkəmənin iclası dekabrın 24-də davam etdiriləcək. 

Qeyd edək ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.

İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə görə rüşvət alıb. 

Onun Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. 

X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ