SON DƏQİQƏ

Növbəti 3 gündə hava necə olacaq? - Açıqlama

Tarix:

3-09-2019, 13:09

/ 1 984 dəfə oxundu.
Növbəti 3 gündə hava necə olacaq? - Açıqlama

Qarşıdakı 2-3 gün ərzində ölkədə qeyri-sabit hava şəraiti müşahidə ediləcək.

Bu sözləri GunAz.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, yaxın 3 gün ərzində yağış yağacaq və şimşək çaxacaq, lakin havanın temperaturunda elə də mühüm dəyişiklik olmayacaq:

“Son günlər ölkədə qeyri-sabit hava şəraiti müşahidə edilir. Bu cür havanın qarşıdakı 3 gün ərzində davam edəcəyi ehtimal edilir. Paytaxtda və bölgələrdə şimşək çaxacağı və arabir yağış yağacağı gözlənilir. Hətta bəzi yerlərdə yağışın leysan xarakterli olma ehtimalı var”.

скачать dle 12.1

Şərhlər