SON DƏQİQƏ
» » Qeyri-sabit hava şəraiti davam edir – FAKTİKİ HAVA

Qeyri-sabit hava şəraiti davam edir – FAKTİKİ HAVA

Tarix:

22-11-2018, 10:51

/ 10 295 dəfə oxundu.
Qeyri-sabit hava şəraiti davam edir – FAKTİKİ HAVA

Qeyri-sabit hava şəraiti noyabrın 25-dək davam edəcək. 

GunAz.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, noyabrın 21-dən axşam saatlarından ölkə ərazisində hava şəraitində dəyişiklik müşahidə olunur:

“Ölkə ərazisinə arabir yağış yağır, Böyük Qafqazın bəzi yerlərində intensiv xarakterli olub. Bu hava şəraiti noyabrın 25-ə kimi davam edəcək. Dağlıq ərazilərdə qar yağacaq”.

Gülşad Məmmədova qeyd edib ki, faktiki hava barədə də məlumat verib:

“Ölkə ərazisində düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Böyük Qafqazda 1-19, Gəncə-Qazax zonasında 1-4, Mərkəzi Aran rayonlarında 1-3 mm olub”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ