SON DƏQİQƏ
» » Ən çox hansı bölgəyə yağış yağıb? - FAKTİKİ HAVA

Ən çox hansı bölgəyə yağış yağıb? - FAKTİKİ HAVA

Tarix:

7-11-2018, 13:26

/ 10 292 dəfə oxundu.
Ən çox hansı bölgəyə yağış yağıb? - FAKTİKİ HAVA

Ölkə ərazisində noyabrın 6-dan 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasında isə güclü olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GunAz.az -a verilən məlumata görə, hava şəraiti əvvəldən verilən proqnoza uyğun olub.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 28-78, Böyük Qafqazda 1-21, Naxçıvan MR-da 2-8, Qazax-Gəncə zonasında 1-7, Mərkəzi-Aran rayonlarında 1-6, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 10, Bakıda 6, Zabratda 0.2 mm təşkil edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ