SON DƏQİQƏ
» » Yaxın iki gündə Bakıya qar yağacaq? – Nazirlik

Yaxın iki gündə Bakıya qar yağacaq? – Nazirlik

Tarix:

29-01-2019, 13:39

/ 10 245 dəfə oxundu.
Yaxın iki gündə Bakıya qar yağacaq? – Nazirlik

Yaxın iki gün ərzində paytaxt Bakıya qarın yağması gözlənilmir.

Bu sözləri GunAz.az -a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib. O bildirib ki, qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək:

“Bu gün qeyri-sabit hava şəraiti paytaxtda, eləcə də bölgələrdə müşahidə olunmaqdadır. Dağlıq ərazilərdə qar və yağış yağır, güclü şimal-qərb küləyi əsir. Bu cür hava şəraiti bu gün davam edəcək. Sabahdan havanın nisbətən mülayimləşəcəyi gözlənilir. Sabah paytaxtda güclü şimal küləyi gecə saatlarından başlayaraq tədricən mülayimləşəcək, günorta saatlarında isə mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Yaxın iki gündə paytaxtda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, səhər saatların zəif duman-çiskin olacağı istisna edilmir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ