
Rusiyanın Krasnoyarsk vilayətinin Açinsk şəhəri yaxınlığında yerləşən silah-sursat anbarındakı partlayış nəticəsində yaralananların sayı 33-ə çatıb.
GunAz.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Açinsk şəhəri yaxınlığında yerləşən anbarda partlayış baş verməsi nəticəsində bir nəfər həlak olmuşdu.