SON DƏQİQƏ

Sənaye parkında partlayış - 20 nəfər öldü

Tarix:

13-07-2018, 10:13

/ 10 307 dəfə oxundu.
Sənaye parkında partlayış - 20 nəfər öldü

Çinin Sicuan əyalətində yerləşən Yanqcun sənaye parkında güclü partlayış baş verib.

GunAz.az xəbər verir ki, partlayış nəticəsində 19 nəfər ölüb, 12-si ağır yaralanıb.

Amerika mediasının yaydığı xəbərə görə, partlayışın əsas səbəbləri hələ bəlli deyil. Partlayış nəticəsində ətrafda ərazilərə ciddi ziyan dəyib. Əraziyə çoxsaylı yanğınsöndürən və təcili tibbi yardım briqadası cəlb edilib.

Xatırladaq ki, bu cür faciəli hadisə daha əvvəl Çində 2015-ci ildə liman şəhər hesab edilən Tanjin yaxınlığında qeydə alınmışdır. Kimyəvi maddə anbarında baş verən partlayışda 165 nəfər həyatını itirmiş, 9 nəfər yaralanmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ