SON DƏQİQƏ
» » Azərbaycanlı vətənə qayıtmaq üçün 200 min ödədi

Azərbaycanlı vətənə qayıtmaq üçün 200 min ödədi

Tarix:

25-07-2019, 16:26

/ 1 252 dəfə oxundu.
Azərbaycanlı vətənə qayıtmaq üçün 200 min ödədi

Azərbaycanlı Rusiyanın Arxangelsk vilayətindən vətənə qayıtmaq üçün 207 min rubl ödəmək məcburiyyətində qalıb.

Kişinin dövlətə əmlak vergisi üzrə məhz bu qədər borcu yaranıb.

Azərbaycanlının mülkiyyətində torpaq sahəsi və avtomobil var. Borclu azərbaycanlı məhkəmədən çağırış vərəqəsi aldıqdan sonra pulunun olmadığını deyib. Məhkəmə nəzarətçiləri ona bildiriblər ki, beş gün ərzində borcunu ödəməsə, əmlakına həbs qoyulacaq, özünün isə ölkədən çıxışına qadağa qoyulacaq.

Yekunda azərbaycanlı bir neçə gündən sonra borcunu ödəyib, ona qarşı işə isə xitam verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ