SON DƏQİQƏ

Saxta kərə yağları xəstəlik mənbəyidir

Tarix:

9-07-2019, 14:17

/ 3 618 dəfə oxundu.
Saxta kərə yağları xəstəlik mənbəyidir

 

15 müttəfiq respublikalardan ibarət Sovet Sosialist Respublikaları İttifaqının tərkibində yaşadıgımız dövrdə  azərbaycanlı əhalinin 90 faizindən çoxu təmiz kərə yağından istifadə edərdilər. 20 və 25 kiloqramlıq kardon  qutuda Rusiyadan təmiz kərə yağı  gətirilərdi. Daha çox işləndiyi üçün dükanlarda kərə yağını norma ilə verərdilər ki, hər bir ailəyə çatsın.
Yaşadığımız Ağdamda mərkəzi bazarda quş südü axtarsaydın , hər zaman tapmaq olardı .
Zirək alverçilər SSRİ - nin hər yerindən ən "defisit" malları  tapıb gətirib, Ağdamın mərkəzi  bazarında,Bakınin " Kubinka " deyilən ərazilərində və digər yerlərdə  satardılar.
Çox vaxt da camaat Gürcüstana ,ya Ermənistana gedərkən ordakı dükanlardan kərə  yağı alıb gətirərdilər.Mənfur erməni  qonşularımız donuz piyindən, yağından istifadə etdikləri üçün  kərə yagından az istifadə edirdilər. Odur ki " slivicni" yaglar dükanlarda qalardı. 
Onu da bildirim  ki, insanlar saglam boyüyərdilər. 
Ekologiya da təmiz idi, yediyimiz yeyinti məhsulları da təbii idi. Ölkələr  müstəqillik əldə etdikdən sonra  hər bir respublika ərzaq proqramlarını günün tələbləri səviyyəsində qurmağa çalışdılar.
Azərbaycanda kərə yağına tələbat artmağa başladı. Müstəqil respublikamız xarici ölkələrlə əlaqə saxlayaraq ticarət dövriyyələrini genişləndirməyə çalışır. .
Yeni Zelandiyadan, Almaniyadan və digər ölkələrdən idxal olunan kərə yağı  baha başa gəlir.  Belə ki, Yeni Zelandiyadan gətirilmiş kərə yağının bir kiloqramı 18-20 manat çıvarındadır.
İndi bazar və dükanların hər birində kiloqramı 8-10 manat arasında kərə yağı  satılır .
İnsafən deyək ki, dükanların əksəriyyətində  bir kiloqramlıq çəkidə satılan nehrə yağlarının qiyməti 8-10 manatdir .Bu qiymətə kərə yagı ola bilərmi? Onu da qeyd edim ki,  işbazlar qatışıgı  elə düzəldirlər ki,  həqiqətən də  kərə yagının tamı hiss olunur. Sən demə işbaz saxtakarlar ucuz  marqarin və birki yaglarını  südə, qatıga qataraq kərə yagının tamını alırmışlar. Əslində isə bu saxtakarlıq xəstəlik mənbəyi imiş. 
Təmiz  kərə yagını əldə etmək üçün bir əsr yaşamış " Həkəri "  qəzetinin dini işlər üzrə şöbə müdiri, şəhid atası Məhəmməd Mürsəloglunun fikri olduqca vacibdir: " - O vaxtlar qatıgı sərnicdə saxlayardılar .Vedrə və müxtəlif qazanlar  sonradan düzəldildi.  Sərnic təxmini 6 litr qatıq tutur. İki sərnic qatıgı   nehrəyə tokərdik. Qatigın bərkliyindən asılı olaraq normada su tokülüb qarışdirardıq . Nehrəni çalxaladıqca yag bir tərəfə ayrılardı, ayran bir tərəfə .  Nehrədəki çalxalanmış məhsulu  böyük teştə töküb yagı bir kiloqramlıq qaba yıgıb, ayranı ayırardıq. Əsl kərə yagı belə alınardı.İndi yeməkxanalarda bir stəkanını  bir manata satılan  ayranı biz o vaxtlar bolluq oldugundan arxa axıdardıq, və s. 
Sonralar paltar yuyan maşın istehsal olunduqdan sonra , bəziləri qatıgı paltar yuyan maşına tökərək  nehrə alırdılar. İnsanların çoxu indi  get- gedə bicləşir , fırıldaqlıqla pul qazansalar da , haram qazanilan pulun bərəkəti də olmur " .  
Qida Təhlükəsizliyi Agentliyi bu günlərdə reydlər təşkil edərək saxta kərə yağı istehsal edən sexlərı aşkar etmişdir. Həmin sexlərdə kustar üsulla Marqarin və Sprint tipli bitki yağlarından, eləcə də digər mənşəyi bilinməyən yaglardan  saxta kərə yağları  istehsal  olunduğu məlum olmuşdur.  Cəlilabad, Masallı ,Lənkəran , Salyan və digər rayonlarda ,kənd və qəsəbələrdə belə sexlərin fəaliyyətində hüquq mühafizə orqanlarının işçilərinin,  rayon rəhbərlərinin  günahı böyükdür .
Azərsunun istehsal etdiyi məhsullara  dovlət nəzarəti daha da artırılmalıdır .
Cünki palma yagları və ona qatilan və bilinməyən maddələrin təsiri nəticəsində insanlarda xərcəng ,mədə bagirsaq xəstəlikləri ,sonsuzluq və sair bəlalar məhz keyfiyyətsiz  qidaların ucbatındandır. 
Bəlkə də elə onlar saxtakarlara şərait yaradır , ayliq haqq aldıqları üçün dillənmirlər? 
Hansı bölgədə cinayətkarlıq, saxtakarlıq, dələduzluq həddini aşırsa ,həmin rayonların rəhbər işçiləri günahkardır və  cavabdehdirlər. Odur ki, hər bir rayonda qida təhlükəsizliyi naminə hər kəs vicdanla, məsuliyyətlə işləməli, hər cür qanun pozuntularına şərait yaratmamalıdırlar. 
Bu da məlumdur ki, xaricdən gətirilən kərə yagları yerli yaglarla qarışdırılaraq açiq aşkar satılır. . 
Saglam  qida məhsulları əldə etmək ücün dövlət  nəzarəti gücləndirilməlidir uvə saxtakarlar məsuliyyətə cəlb olunmalıdır. 
Bir qrup möhtəkirlər saxta yolla pul qazanmaqla insanların sağlamlığına ciddi zərbə vururlarsa , həmin rayonun məsul şəxsləri  ciddi cəzalandırılmalıdır. 
Gəlin  vicdanımızın səsinə qulaq asaraq bir - birimizin qədrini bilək .
Rauf İlyasoglu 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ