SON DƏQİQƏ
» » Milyonluq saatı əlindən alınan gənc kimin oğludur?

Milyonluq saatı əlindən alınan gənc kimin oğludur?

Tarix:

27-06-2019, 11:56

/ 2 027 dəfə oxundu.
Milyonluq saatı əlindən alınan gənc kimin oğludur?

İspaniyanın İbiza kurortunda 22 yaşlı Azərbaycan vətəndaşının 1 milyon funt sterlinq dəyərində saatı oğurlanıb.

GunAz.az xəbər verir ki, hadisə ilə bağlı İngiltərənin “Deyli Meyl” nəşri yazıb.

Məlumatda qeyd olunub ki, adada yaxın dostu ilə gəzintiyə çıxmış həmin gəncin qarşısını kəsən quldur qolundakı “Richard Mille 50-03 McLaren F1” markalı saatını əlindən alaraq qaçıb.

Azərbaycanlı hadisə ilə bağlı polisə müraciət edib.

Sosial şəbəkələrdə isə saatı oğurlanan gəncin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğu barədə iddialar səsləndirilməkdədir.

Bununla bağlı GunAz.az-a açıqlama verən AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bu iddiaları cəfəngiyyat adlandırıb.

Qeyd edək ki, “Richard Mille” dünyanın ən tanınmış brendlərindən biridir. Sözügedən modeldən cəmi 75 ədəd buraxılıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər