SON DƏQİQƏ
» » Saakaşvilinin xanımı Rusiya ilə əməkdaşlığın şərtlərini açıqladı

Saakaşvilinin xanımı Rusiya ilə əməkdaşlığın şərtlərini açıqladı

Tarix:

26-06-2019, 16:16

/ 1 821 dəfə oxundu.
Saakaşvilinin xanımı Rusiya ilə əməkdaşlığın şərtlərini açıqladı

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs Rusiya ilə iqtisadi əməkdaşlığın şərtlərini açıqlayıb.

GunAz.az-ın məlumatına görə, bu barədə “Gürcüstan Online” nəşri yazır.

S.Rulofs qeyd edib ki, bu şərt Gürcüstan ərazisinin bütövlüyünə hörmətlə yanaşmaqdır.

“Əgər Rusiya sərhədlərimizi tanısa, biz ideal tərəfdaş olacağıq, ən yüksək səviyyədə dostluq olacaq”, - o deyib.
Rulofs bildirib ki, Gürcüstan müstəqil dövlətdir və Rusiyanın təsiri altında olmaq istəmir.

O həmçinin qeyd edib ki, rusiyalı turistlərin bundan sonra Gürcüstana əvvəlki kimi gələcəklərinə ümid edir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ