SON DƏQİQƏ
» » Saakaşvilinin həyat yoldaşının kitab təqdimatı olacaq-BAKIDA

Saakaşvilinin həyat yoldaşının kitab təqdimatı olacaq-BAKIDA

Tarix:

27-02-2018, 00:44

/ 760 dəfə oxundu.
Saakaşvilinin həyat yoldaşının kitab təqdimatı olacaq-BAKIDA

 Park INN hotelində 2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı olmuş xanım Sandra Elizabet Rulofsun Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi tərəfindən Azərbaycan dilində tərcümə etdiyi “Bir idealistin hekayəsi”  kitabının təqdimatı olacaqdır. 

Gunaz.az ONN media-ya istinadən bildirir ki, kitabda xanım Sandra Elizabet Rulofs öz həyatı, 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Mixail Saakaşvili ilə tanışlığı, evliliyi və ailə həyatından bəhs edir. Xanım Rulofs özünəməxsus bədii üslubla təhsil aldıqları dövrdən hakimiyyətə gəldikləri zamana qədər ailə və çalışmaları barəsində də geniş məlumat verir.

Eyni zamanda simvolik imza mərasimi də keçiriləcək. Xatırladaq ki, xanım Sandra Rulofsun “Bir idealistin hekayəsi” kitabı indiyə qədər 7 dilə tərcümə olunaraq Hollandiya, Gürcüstan, Ukrayna, Rusiya, Türkiyə, İngiltərə və Polşada nəşr edilib.

Xatırladaq ki, təqdimat fevralın 27-də, saat 13.00-da Park INN hotelində baş tutacaq.

.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ