SON DƏQİQƏ
» » Deputatdan Dilqəm və Şahbazla bağlı çağırış

Deputatdan Dilqəm və Şahbazla bağlı çağırış

Tarix:

25-06-2019, 20:25

/ 1 304 dəfə oxundu.
Deputatdan Dilqəm və Şahbazla bağlı çağırış

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə AŞPA-da Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətinin ağır olduğunu bəyan edib.

GunAz.az-ın məlumatına görə, deputat Azərbaycanın AŞPA-dan bu humanitar fəlakətlə bağlı ciddi addımlar gözlədiyini deyib.

“Vəziyyət çox təcilidir. Bir həkim olaraq, bu videoya baxarkən başa düşdüm ki, girovların sağlamlıq vəziyyəti həqiqətən də acınacaqlıdır, hətta onlardan biri ölüm ayağındadır. Hazırda bizim təcili addımlara ehtiyacımız var. Təkcə AŞPA deyil, bütün beynəlxalq təşkilatlar bu insanları qorumaq üçün səslərini ucaltmalıdırlar” – deyə Mollazadə bildirib.

Bu vəziyyəti humanitar fəlakət adlandıran millət vəkili, Rusiya Xarici İşlər Nazirliyinin, cənab Sergey Lavrovun niyə Rusiya vətəndaşını müdafiə etmədiyinin onun üçün maraqlı olduğunu deyib.

“Girovlardan biri Rusiya vətəndaşıdır. AŞPA-ya geri dönən Rusiya nümayəndə heyəti bu barədə öz fikirlərinin bildirməlidir. Düşünürəm ki, Ermənistan nümayəndə heyəti də Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmə və insanların öz torpaqlarında, kəndlərində həbs edilməsi nəticəsində yaranan humanitar fəlakət haqqında düşünməlidir. Biz Avropa Şurasından bu humanitar fəlakətlə bağlı ciddi addımlar gözləyirik” – deyə Mollazadə əlavə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ