SON DƏQİQƏ

Azərbaycanlı fəala 13 il həbs cəzası verildi

Tarix:

25-06-2019, 14:49

/ 1 886 dəfə oxundu.
Azərbaycanlı fəala 13 il həbs cəzası verildi

Güney Azәrbaycanın milli-mәdәni fәalı vә Tehran “traktorçu”larının həbsdə olan lideri Kazım Səfabәxşə hökm oxunub.

GunAz.az xəbər verir ki, Tehranın inqilab mәhkәmәsinin 28-ci şöbәsindә hakim Mәqisәnin rəhbərliyi ilə keçirilən məhkəmə prosesində Safabəxş 13 il müddətinə azadlıqdan məhrum edilib.

O, ayrı-seçkilik, qrup yaratmaq, nizam əleyhinə və mədəni fəaliyyətlərdə ittiham olunub.

Xatırladaq ki, fəal bir neçə ay öncə Tehran şəhərində həbs edilmişdi.

N.SAFURA

скачать dle 12.1

Şərhlər