SON DƏQİQƏ

İmamoğlu ittiham etdi, TRT isə video yaydı

Tarix:

12-06-2019, 11:21

/ 1 935 dəfə oxundu.
İmamoğlu ittiham etdi, TRT isə video yaydı

CHP-nin İstanbul bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlu TRT-ni Qara dəniz bölgəsinə səfəri barədə xəbər hazırlamamaqda ittiham edib.

GunAz.az xəbər verir ki, İmamoğlu Türkiyənin NTV kanalında qonaq olduğu proqramda TRT-ni tənqid edib.

İmamoğlu türk xalqının vergiləri ilə fəaliyyət göstərən bir qurumun bu cür davranmasından məyus olduğunu qeyd edib.

TRT-nin İmamoğlunun iddiasına cavabı isə gecikməyib. “TRT Haber”in kanal koordinatoru Yəhya Bostan İmamoğlunun Qara dəniz səfərinə dair kanalın hazırladığı xəbər və görüntüləri Tvitter hesabından paylaşmaqla, CHP-nin namizədinə cavab verib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ