SON DƏQİQƏ

Gültəkin qayası

Tarix:

10-06-2019, 08:12

/ 2 138 dəfə oxundu.
Gültəkin qayası

Allah rəhmət eləsin cəmi şəhidlərimizə,.Həkim, döyüşçü Gültəkin Əsgərovanın məzarını ziyarət edərkən şəhidlərimizin gözlərinə baxmağa utanırdım. Axı necə deyim ki, 26 ildən çoxdur ki, biz şəhidlərimizin qan tökdükləri torpağımızı işğalçı erməni-rus fitnəkarlarından azad edə bilməmişik. Medal taxıb tədbirlərdə şəkil çəkdirənlərə deyirəm: Bizim qürurlanmağa və dik gəzməyə haqqımız çatırmı? 
Gültəkin Əsgərova bir ali təhsilli həkim olaraq 8 yaşlı Əminə qızını anasına təhvil verərək ən qaynar nöqtələrdə yaralılarımıza ilk tibbi yardım göstərərkən Naxçıvanikdə şəhid olmuş, onun cəsədini qaynım Rövşən Ağdama gətizdirərək tabuta qoyub Bakıya yola salmışdır.  Bir neçə gündən sonra Batalyon komandiri Rövşən Məmmədov( dayısı milli qəhrəman Allahverdi Bagırov şəhid olandan sonra batalyon komandiri olmuşdur)  döyüşçülərlə birlikdə Naxçıvanikə hücum edərkən iki qaya arasında yerdə qara bir yumağı gorüb tərpədəndə dəhşətə gəlir. Döyüşçü Novruz şahiddir ki, yalan demərəm. 
Bu yumaq Gültəkin Əsgərovanın başı idi . İlahi! 
Ermənilərin atdığı  mərmi  bir başa  Gültəkin Əsgərovanı  paralamışdır, doyüş vaxtı cəsədi topalayıb əskiyə bükərək Ağdama gətirərkən döyüşçülər şəhidimizin baş nahiyəsini mərmi yağışı altında  axtarsalar da ,  tapa bilməmişdilər . Döyüşçülər Gültəkin Əsgərovanın baş nahiyyəsini həmin yerdə dəfn edərək çox təsirlənmişlər. 
Sonradan polkovnik, yazıçı Abdulla Qurbani  eşidib  Gültəkin qayası poemasını yazmışdı. Rəfiqə Əsgərova mənim Respublika qəzetində  yazdığım yazılarımın çoxusunu kitabında çap etdirmişdi .
Mən  müharibənin ən qızğın vaxtlarında, Xocalı soyqrımında ,Ağdamda olduğum üçün çox hadisələrlə qarşılaşsam da bəzən hər hadisəni yazmağa qələm də tap gətirmirdi . 
Amma şəhid anasının paralanmış qəlbini yenidən göynətmək istəmirdim.İlk dəfə bunu yaziram ,ona gorə ki, Rəfiqə ana 40 gündür ki, dünyasını dəyişibdir . 
Millət vəkilimiz Adil Əliyev   sag olsun ki şəhid milli qəhrəmanın anası  mərhumə  Hacıxanım Rəfiqə ananın 40 mərasimində iftar süfrəsi açmış və böyük diqqət ayırmışdır . 
Rəfiqə ana bir neçə dəfə mənim də qonagım olub. 
Polkovnik-yazıçı dostumuz Azər Hacıbəyli ilə bizim evdə Rəfiqə xanımla  birlikdə iştahla xəngəl yeməyimiz heç yadımdan çıxmır .Onu da qeyd edim ki, Rəfiqə Əsgərova çox kübar, xoş rəftarlı, mehriban  xasiyyətli, sadə,gözəl əl qabiliyyəti olan Şuşalılara xas əla plov bişirən ziyalı bir xanım idi .  
Gültəkin Əsgərovanın adını daşıdığı 20 saylı tam orta məktəbdə, hərbi dəniz donanmasında və digər yerlərdə  keçirilən tədbirlər yadımdan çıxmır .  Ana bala haqqında yazdıqlarım şeirlər bayatılar və məqalələr hər ikisinin  halal xoşları olsun. Bu bizim vətəndaşlıq borcumuzdur . 
Əziz Gültəkin xanım! Rahat uyu! 
Anan Rəfiqə xanım da sənə qovuşdu .Ruhu şad olsun.  
Rauf İlyasoglu

GunAz.az

скачать dle 12.1

Şərhlər