SON DƏQİQƏ
» » Bakıda üç maşın toqquşdu: 2 nəfər ağır yaralandı

Bakıda üç maşın toqquşdu: 2 nəfər ağır yaralandı

Tarix:

7-05-2019, 09:25

/ 145 dəfə oxundu.
Bakıda üç maşın toqquşdu: 2 nəfər ağır yaralandı

Səhər saatlarında Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Report xəbər verir ki, Olimpiya kompleksinin arxa hissəsi ilə Dərnəgül istiqamətində gedən yolda 3 minik avtomobilinin toqquşması nəticəsində təqribən 5 nəfər xəsarət alıb.

Yaralılardan ikisi kəllə-beyin travması və bədənin əzilmiş yarası diaqnozu ilə ağır vəziyyətdə 3 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onlardan biri 1992-ci il təvəllüdlü Rüstəmzadə Turaldır. Digəri koma vəziyyətində olduğundan adını dəqiqləşdirmək hələ ki, mümkün olmayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ