Bakıda üç maşın toqquşdu: 2 nəfər ağır yaralandı
Səhər saatlarında Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.
Report xəbər verir ki, Olimpiya kompleksinin arxa hissəsi ilə Dərnəgül istiqamətində gedən yolda 3 minik avtomobilinin toqquşması nəticəsində təqribən 5 nəfər xəsarət alıb.
Yaralılardan ikisi kəllə-beyin travması və bədənin əzilmiş yarası diaqnozu ilə ağır vəziyyətdə 3 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onlardan biri 1992-ci il təvəllüdlü Rüstəmzadə Turaldır. Digəri koma vəziyyətində olduğundan adını dəqiqləşdirmək hələ ki, mümkün olmayıb.