SON DƏQİQƏ
» » Bu gün havanın temperaturu 25 dərəcəyədək yüksələsək

Bu gün havanın temperaturu 25 dərəcəyədək yüksələsək

Tarix:

13-04-2019, 09:29

/ 10 161 dəfə oxundu.
Bu gün havanın temperaturu 25 dərəcəyədək yüksələsək

Bu gün ölkə ərazisində mülayim isti hava proqnozlaşdırılıb.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 15-20, Bakıda gecə 9-11, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

скачать dle 12.1

Şərhlər