SON DƏQİQƏ
» » “Diqlas”da yanan mallara dəymiş zərər necə hesablanacaq

“Diqlas”da yanan mallara dəymiş zərər necə hesablanacaq

Tarix:

3-04-2019, 17:20

/ 10 260 dəfə oxundu.
“Diqlas”da yanan mallara dəymiş zərər necə hesablanacaq

 

“Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın zamanı mallarını itirən sahibkarlara dövlət tərəfindən maddi yardım veriləcəyini eşidəndə çox sevindim. Sahibkarlara dəyən zərərin hesablanması əsas məsələlərdən biridir. Heç bir xarici ölkədə Azərbaycan dövləti qədər vətəndaşına diqqət və qayğı göstərilmir.

Dövlət başçısının operativ olaraq komissiya yaradaraq sahibkarlara göstərdiyi diqqət xalqımızın da sonsuz sevincinə səbəb olmuşdur. Yanğın baş verən gecədən xeyli keçmiş həmkarımız Təranə Qəbələlinin zəngi məni yuxudan oyatdı:

- Əlimizdə, ovcumuzda nə var idi vermişdik mallara. İki oğlumun “Diqlas” Ticarət Mərkəzində dükanları var idi. Gecəylə yanan mərkəzdən bir çöp də çıxara bilmədik.

- Təki salamatçılıq olsun. Dövlətimiz bu məsələdə kömək edəcəkdir deyib, 70 yaşlı xəstəlikdən əziyyət çəkən qəhrəman bir anaya təskinlik verdim.

Səhər televiziyada Azərbaycan prezidenti cənab İlham Əliyevin komissiya yaradaraq ciddi tapşırıqlar verdiyini və sahibkarlara dəyən zərərin dövlət tərəfindən ödəniləcəyini bildirəndə dövlətimizlə qürur duydum. Ölkə başçısının hər çətin anda xalqın yanında olması, sahibkarlara kömək edərək icarədarlara, sahibkarlara dəyən ziyanın obyektiv olaraq hesablanacağını bildirəndə hər kəs qürurlandı. Prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə konpensassiya ödəniləcəkdir. Belə ki, sahibkarlara dəyən zərərin dövlət tərəfindən vəsaitin bölünməsi zamanı ədalətli yanaşma tətbiq olunmalıdır.

Baş Nazirin Birinci müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiyanın tərkibinə Fövqəladə hallar, Maliyyə, İqtisadiyyat, Vergilər, Daxili İşlər, Energetika nazirlikləri, Baş Prokuror, Dövlət Gömrük Komitəsinin sədri, Bakı Şəhər İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin başçıları daxildir.

Komissiyaya tapşırılıb ki, hadisənin baş vermə səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Nazirlər Kabinetinə təqdim etsin.

Yuxarıda qeyd etdik ki, ölkə Prezidentinin tapşırığına əsasən hər bir vətəndaşa deyən zərərə görə kompensassiya ödəniləcəkdir. Sərəncamın icrası əsasən də sahibkarlara dəyən ziyanın hesablanması üçün İqtisadiyyat nazirliyində yaradılmış İşçi Qrup sahibkarların fərdi qəbulu prosesini artıq başa çatdırıb. İşçi Qrupu tərəfindən keçirilmiş qəbulda 441 sahibkar fərdi qaydada qəbul edilib. Qəbul zamanı 381 sahibkar 15 milyon manatadək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişaf Fondunun vəsaitləri hesabına güzəştli kreditə ehtiyaclarının olduğu bildirilib.

İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə edilmiş razılıq əsasında sahibkarlara 5 ay icarə haqqı ödəməmək şərti ilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 7 Ticarət Mərkəzində ümumi sahəsi 30 min kvm olan 680-ə yaxın Ticarət obyekti təklif olunur.

Onu da qeyd edək ki, “Diqlas”ın yaxınlığındakı piştaxtalarda işləyən zərərçəkmiş sahibkarların İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edilməsi tövsiyyə edilib. Yanğınla bağlı martın 29-dan etibarən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı agentliyinin inzibati binasında qəbul keçirilir və dəyən zərər ciddi araşdırılaraq vətəndaşlara ödənilməsi üçün dəqiqləşdirilir.

İqtisadçı alim Vüqar Bayramov bildirmişdir ki, sahibkarlıq obyektinin tam olaraq qeydiyyata alınmaması və nağd satışdan istifadə olunması kompensasiyanın hesablanmasında, məbləğin müəyyənləşdirilməsində çətinlik yarada bilər: “Adətən nağdsız hesablaşmalardan istifadə olunarsa, eyni zamanda dövriyyə qeydə alınarsa, bu zaman dövriyyənin hesablanması daha asan başa gələ bilərdi. İndiki durumda sahibkarlara kompensasiyanın verilməsi zamanı, sahibkarların təqdim etdiyi rəqəmlərlə müvafiq qurumların rəqəmləri üst-üstə düşməyə bilər. Bu baxımdan hesablama mexanizminin müəyyən edilməsinə ehtiyac var. Çünki bütün hallarda sahibkarlara dəyən ziyanın ödənilməsi vacibdir. Sahibkarlara dəyən ziyanın həddinə uyğun olaraq kompensassiya verilməsinə zərurət duyulur”.

Kompensasiya sahibkarlar arasında ədalətli şəkildə bölünməlidir. Dövriyyəsi böyük olan sahibkarlar dəyən zərərə uyğun daha çox kompensasiya almalıdırlar. Dövriyyəsi nisbətən az olan sahibkarlar da dəyən zərərə görə kompensasiya almalıdır.

Onu da qeyd edək ki, yanan malların heç də hamısı xaricdən idxal edilmirdi, yerli istehsal olan mallar da var idi. Sahibkarlar həmin malları ikinci əldən almışdılar. Odur ki, sahibkarlarla birlikdə işləyən topdansatış şirkətlərində də sorğular aparılmalıdır. Bu yolla sahibkarlara dəyən zərərin dəqiqləşdirilib kompensasiyanın hesablanması olduqca zəruridir.

Prezidentimizin operativ və ciddi tapşırqlarını rəhbər tutaraq komissiya üzvləri, İşçi qrupları operativ, qərəzsiz işləyərək sahibkarlara dəyən zərərin ödənilməsini tezliklə təmin edəcəkdir.

Yanğınla əlaqədar hadisənin baş verməsində günahı olanlar cəzalandırılmaldır. Çünki bir daha belə hadisələrin baş verməməsi üçün ticarət obyektlərində ciddi yoxlamalar aparılmalı, qabaqlayıcı və maarifləndirici tədbirlər görülməlidir.

 

Rauf İLYASOĞLU

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ