SON DƏQİQƏ
» » İlaxır çərşənbəsinə olan hava proqnozu - Güclü külək və leysan

İlaxır çərşənbəsinə olan hava proqnozu - Güclü külək və leysan

Tarix:

18-03-2019, 13:42

/ 10 210 dəfə oxundu.
İlaxır çərşənbəsinə olan hava proqnozu - Güclü külək və leysan

Martın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin sabaha olan hava proqnozunda deyilir.

Havanın temperaturu Bakıda və  Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq. 

Bəzi rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti təşkil edəcək.

Sinoptiklər xəbərdar edirlər ki, martın 19-u günün ikinci yarısınadək güclü xəzri küləyinin davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

скачать dle 12.1

Şərhlər