SON DƏQİQƏ

Sürücülərin nəzərinə!

Tarix:

4-03-2019, 12:23

/ 10 207 dəfə oxundu.
Sürücülərin nəzərinə!

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci km hissəsində və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə dairəsindən Hökməli dairəsinə qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. 

 

GunAz.az xəbər verir ki, bundan başqa Bakı şəhəri, Bibiheybət məscidinin yanında və Bakı-Şamaxı avtomobil yolunun 15-100-cü km hissəsində yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər