SON DƏQİQƏ
» » Xocalı yürüşündə 55 mindən çox insan iştirak edib

Xocalı yürüşündə 55 mindən çox insan iştirak edib

Tarix:

27-02-2019, 09:43

/ 10 329 dəfə oxundu.
Xocalı yürüşündə 55 mindən çox insan iştirak edib

Bakı Şəhər İcra Hakimiyyəti fevralın 26-da Bakı şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı soyqırımı qurbanları abidəsinə ümumxalq yürüşü ilə bağlı məlumat yayıb. 

 

GunAz.az-a daxil olan məlumatda bildirilir ki, əlli beş mindən çox insanın iştirak etdiyi, ön sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları yürüş zamanı “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!” və digər çoxsaylı şüarlar nümayiş etdirilib:

"Bu yürüş xalqla hakimiyyətin birliyini, vəhdətini və xalqın öz rəhbərinə verdiyi böyük dəstəyi bir daha göstərdi. Yürüşdə iştirak edən böyük insan kütləsi Xocalı soyqırımının heç zaman unudulmayacağını və bu qanlı cinayəti törədənlərin Azərbaycan Prezidentinin apardığı siyasət, gördüyü işlər nəticəsində cəzasız qalmayacaqlarına xalqımızın inamını nümayiş etdirdi". 

Xocalı yürüşündə 55 mindən çox insan iştirak edib

 

 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ