SON DƏQİQƏ
» » “600 min vətəndaşın minimum əməkhaqqı 38 faiz artırıldı” - Deputat

“600 min vətəndaşın minimum əməkhaqqı 38 faiz artırıldı” - Deputat

Tarix:

26-02-2019, 11:42

/ 10 231 dəfə oxundu.
“600 min vətəndaşın minimum əməkhaqqı 38 faiz artırıldı” - Deputat

“Prezidentin ali məqsədi əhalinin güzəranının yaxşılaşmasıdır. Ölkəmiz müstəqil olduğu ilk gündən xalqın güzəranının, sosial-rifah halının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir”. 

 

GunAz.az xəbər verir ki, bu sözləri deputat Naqif Həmzəyev deyib.  O deyib ki, xüsusən son illər ərzində prezidentimiz İlham Əliyevin diqqət, qayğısı sayəsində Azərbaycanda sosial müdafiə sistemi yenilənib, yeni islahatlar aparılıb, çox ciddi tədbirlər həyata keçirilib: 

 

“İnsanların sosial müdafiəsi hiss olunan dərəcədə güclənməsi aparılan islahatların məntiqi nəticədir. Görülən işlər, reallaşdırılan siyasət, ölkə Prezidentinin əhalinin rifah halının yüksəlməsinə xidmət edən sosialyönümlü siyasəti xalqımız tərəfindən həmişə böyük rəğbətlə qarşılanır və onların razılığına səbəb olur. Xalq yaxşı bilir ki, ölkə Prezidentinin ali məqsədi xalqın rifahının daim yaxşılaşdırılmasına, vətəndaşları düşündürən, narahat edən problemlərin həll edilməsinə yönəlib. Fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə Prezident İlham Əliyevin söylədiyi fikirlər bunun tam təsdiqidir. İlin birinci ayının sosial-iqtisadi göstəriciləri deməyə əsas verir ki, aparılan islahatlar öz gözəl nəticələrini verir. 2018-ci il dərin iqtisadi islahatlar ili olub, xüsusilə prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verilib. 2017-ci il isə iqtisadi sabitləşmə ili idi. Biz 2017-ci ildə iqtisadi sabitliklə bağlı çox önəmli addımlar atmışıq. Bu, bizə imkan verdi ki, 2018-ci ildə çox ciddi islahatlara başlayaq və islahatlar özünü göstərir. Əgər bu ilin yanvar ayının yekunlarına nəzər salsaq görərik ki, iqtisadi artım, yəni, ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək. 

Qısa zaman ərzində böyük sosial paketin yalnız bir hissəsi kimi minimum əməkhaqlarının, pensiyaların, tələbələrin təqaüdünün artırılmasında, digər ödənişlərin verilməsində mühüm qərarlar verildi və konkret addımlar atıldı. 600 min vətəndaşın minimum əməkhaqqı 38 faiz artırıldı, şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata çatdırıldı, eyni zamanda, 6500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər verildi. Bu il isə şəhid ailələrinə 800 mənzilin verilməsi nəzərdə tutulur. Uzun illər vətəndaşları narahat edən vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsi də ölkə prezidentinin imzaladığı fərmanla həllini tapdı.

Müşavirədə ölkə Prezidenti problemli kreditlərlə bağlı məsələnin həllinə aydınlıq gətirildi: Vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrupu çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir. Göründüyü kimi, Azərbaycan vətəndaşını əhatə edən bu cür sosial qərarlar əhalinin sosial həyat tərzinin yaxşılaşmasına xidmət edir. Ölkəmizdə demoqrafik vəziyyətin ildən-ilə yaxşılaşması bu məsələlərin həlli üçün düşünülmüş, real siyasət yeridildiyini sübut edir”. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər