SON DƏQİQƏ
» » Bakıda 2 manata telefon, 1200 manata “Mersedes” satılır

Bakıda 2 manata telefon, 1200 manata “Mersedes” satılır

Tarix:

5-02-2019, 12:10

/ 10 372 dəfə oxundu.
Bakıda 2 manata telefon, 1200 manata “Mersedes” satılır

Dövlət nəfinə müsadirə edilmiş əmlaklar dəyər-dəyməzinə hərraca çıxarılıb.

GunAz.az xəbər verir ki, 5 mart tarixində keçirilməsi planlaşdırılan hərraca ümumilikdə 13 əmlak çıxarılıb. Hərraca çıxarılan əmlaklar arasında müxtəlif markalı avtomobillər, yük maşını, mobil telefonlar və gümüş məmulatlar da var.

Auksiona təqdim edilən “Samsung A1" markalı mobil telefon 7 manat 50 qəpiyə, "Kenxida" markalı mobil telefon 2 manat 50 qəpiyə, "Samsung SM-T211" markalı mobil telefon isə 12 manat 50 qəpiyədir.

“Mersedes-Benz 230” markalı avtomobil isə 1250 manata satışa təqdim edilib. Müsadirə edilərək hərraca çıxarılan “Scania” markalı yük maşını hərracın ən yüksək qiymətə satışa çıxarılan əmlakıdır. Yük maşınının qiymət 23.500 manatdır.(Axar)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ