SON DƏQİQƏ
» » Məhkəmə ölü elan edilmiş şəxsi “diriltdi”

Məhkəmə ölü elan edilmiş şəxsi “diriltdi”

Tarix:

24-01-2019, 15:52

/ 10 237 dəfə oxundu.
Məhkəmə ölü elan edilmiş şəxsi “diriltdi”

Nizami Rayon Məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı Hacıyev Rövşən Teymur oğlu barəsində çıxardığı qərarı ləğv edib. 

GunAz.az xəbər verir ki, Nizami Rayon Məhkəməsi 2005-ci ildə həmin şəxsin ölmüş elan olunması ilə bağlı qətnamə çıxarıb.

Lakin bu il R.Hacıyev həmin qətnamənin ləğv edilməsi üçün məhkəməyə müraciət edib. Yanlışlıq səbəbindən verilən qərar Nizami Rayon Məhkəməsi tərəfindən ləğv edilib. 

Qeyd edək ki, iş adamı olan R.Hacıyev tez-tez xarici səfərlərdə olub. Ötən il o, etibarnamə məsələsini həll etmək üçün müvafiq dövlət qurumuna müraciət edib. Həmin qurumdan bildirilib ki, o, məhkəmənin qərarı ilə ölü elan edilib. Bu səbəbdən ona etibarnamə verilməyib. 

скачать dle 12.1

Şərhlər